“WikiLeaks” Türkiyə ilə bağlı sənədləri açıqlayıb

“WikiLeaks” Türkiyə ilə bağlı sənədləri açıqlayıb

“WikiLeaks” Türkiyə ilə bağlı açıqlamağı vəd etdiyi gizli sənədləri və yazışmaları öz saytına yerləşdirib.
 
APA-nın “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, saytda Türkiyədəki 762 elektron poçt ünvanından 294 min 548 yazışma və minlərlə əlavə dosye açıqlanıb. “Email”lərin ən yenisi 6 iyul 2016-cı il tarixli, ən köhnəsi isə 2010-cu il tarixlidir.
 
“WikiLeaks” sənədlərin yerləşdirildiyi sayta hücumlar olduğunu, bu səbəblə sayta giriş məsələsində problem yarandığını bildirib. Türkiyədə isə ümumiyyətlə, həmin sayta giriş dayandırılıb.
 

Google+ WhatsApp ok.ru