“Qafqaz” Universiteti bağlandı

“Qafqaz” Universiteti bağlandı

“Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.
 
"Qafqazinfo"nun məlumatına görə, Təhsil Nazirliyi bununla bağlı bildirir ki, müvafiq rəsmi sənədlər Nazirliyə daxil olandan sonra “Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.
 
Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. 
 
Azadliq radiosu isə yazıb ki, Azərbaycanda bu universitetdən başqa həmdə  Çağ Öyrətim, Araz Kursları, Türk Liseyləri bağlanıb. /

Google+ WhatsApp ok.ru