“Şahdəniz-2” layihəsində 7 min işçinin 3 mini qalacaq” 01 Avqust 2016 01:00 Ölkə Mirvari Qəhrəmanlı: "4 min işçinin kütləvi şəkildə ixtisarına yol vermək olmaz" Ölkə iqtisadiyyatının hazırkı ağır durumu bir çox sektorlarda ixtisarlar və insanların kütləvi şəkildə işdən çıxarılmalarıyla daha da çətinləşir. Manatın dollar qarşısında hər gün dəyər itirməsi bir çox iri müəssisələrin bağlanmasına gətirib çıxarıb. Özəl sektor tənəzzül edir, dövlət sektorunda isə vəziyyət günü-gündən ağırlaşır. Neftin qiymətinin hazırkı şəraitində bu sektordakı vəziyyət də qənaətbəxş deyil. Redaksiyamıza daxil olan məlumata görə, iri neft layihələrində də vəziyyət mənfiyə doğru gedir. Sentyabrda daha bir ixtisarlar dalğası gözlənilir. Bu da “Şahdəniz-2″ layihəsində çalışanlarla bağlıdır. Məlumata görə, bu layihə çərçivəsində fəaliyyət göstərən 7 min nəfər işçinin 4 mini ixtisar olunacaq. (azadliq.info) / Teqlər : #Şahdəniz2 layihəsində 7 min işçinin 3 mini qalacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah yağış yağacaq İranın Rabitə və informasiya texnologiyaları naziri Bakıya səfər edəcək