“Facebook” təyyarə istehsalı laboratoriyasını işə salıb

“Facebook” təyyarə istehsalı laboratoriyasını işə salıb

 
“Facebook” günəş batareyaları ilə işləyən təyyarələrin tərtibatı ilə məşğul olan maşınqayırma laboratoriyasını işə salıb. 
 
 “Rambler News Service” agentliyinə istinadən verilən məlumata görə, bu barədə “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq sosial şəbəkədəki səhifəsində yazıb. 
 
“10 il ərzində hər şey, virtual reallıq eynəklərindən başlayaraq günəş batareyaları ilə işləyəcək təyyarələrədək istehsal edəcəyik”, - deyə o bildirib.
 
Qeyd edək ki, hazırda “Facebook”un bir neçə laboratoriyası mövcuddur. Ancaq yeni laboratoriya mühəndislərin birgə işləyə biləcəyi bir mərkəz olacaq. (lent.az) /

Google+ WhatsApp ok.ru