“Bloomberg”: OPEC neft hasilatının dondurulması məsələsini müzakirə etməyəcək

“Bloomberg”: OPEC neft hasilatının dondurulması məsələsini müzakirə etməyəcək

 
 OPEC üzvü ölkələri neft hasilatının dondurulması ilə bağlı danışıqlara yenidən qayıtmağı planlaşdırmır.
 
“APA-Economics”in məlumatına görə, bu barədə “Bloomberg” iki OPEC rəsmisinə istinadən məlumat verib.
 
Nəşrin məlumatına görə, Əlcəzairdə sentyabrın 26-28-də baş tutacaq Beynəlxalq Enerji Forumunda təşkilata üzv olmayan ölkələrlə münasibətlər məsələləri müzakirə olunacaq.
 
Bununla belə məlumdur ki, Rusiyanın Energetika Nazirliyi OPEC-in Əlcəzair Beynəlxalq Enerji Forumu çərçivəsində keçiriləcək görüşə dəvət almayıb.
 
Bundan əvvəl isə bildirilib ki, 2016-cı ilin ikinci rübündə neftə əlan tələbatın artımı təklif templərini üstələyib ki, bu da əhəmiyyətli dərəcədə qlobal neft bazarında balansın pozulmasını azaldıb. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, bu ilin may ayında İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin kommersiya neft ehtiyatları 13,5 mln. barel artıb və rekord 3,074 mlrd. barel həddinə çatıb.  /

Google+ WhatsApp ok.ru