“Siyəzən Broyler”in işçiləri tətilə başladı

“Siyəzən Broyler”in işçiləri tətilə başladı

Dünəndən etibarən “Siyəzən Broyler” ASC quşçuluq fabrikinin bir qrup işçisi tətilə başlayıb.
 
Bu haqda “Basta”ya yerli sakinlərdən biri məlumat verib.
 
“Tətilçilər əmək haqlarının artırılmasını, maaşlarının vaxtında verilməsini, iş şəraitlərinin yaxşılaşdırılmasını tələb edirlər. Tətilə görə “Siyəzən Broyler”in kəsim sexi dünəndən işləmir. Fabrikin rəhbərliyi bu haqda xəbəri gizli saxlamağa, tətilçiləri hədə-qorxu və yalan vədlərlə geri çəkilməyə məcbur etmək istəyir”, – mənbə bildirib.
 

Google+ WhatsApp ok.ru