Şəkidə güclü yanğın 560 hektar ərazini külə çevirib - FOTO 15 Avqust 2016 01:00 Hadisə Şəkinin Şirinbulaq kəndi ərazisində taxıl sahələrində bu gün başlayan yanğın küləyin təsiri ilə güclənərək yaşayış evlərinə yan alıb. Maide.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, nəticədə Abdullayev Xalid Abdul oğluna məxsus ümümi sahəsi 60 m² olan olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılmış 5 ton ot bağlaması və tövlədə olan 1 m³ taxta materialları yanıb. Bundan başqa, kənd ərazisində olan ot tayaları da yanaraq yararsız vəziyyətə düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə bölməsinin texnikaları və canlı qüvəsi cəlb olunub. Yanğında zərərçəkən X.Abdullayev bildirib ki, 2 maşın ot yanıb: "Qoyunlar tələf olub. Yarısını çıxardım, yarısı içəridə qaldı. Qapını açıq qoyduq ki, iylənməsin". Yanğın küləyin təsiri ilə gecə saatlarında rayonun Təpəcənnət kəndi istiqamətində irəliləyib və kənddəki yaşayış evləri üçün təhlükə yaradıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə kənd camaatının da səyi ilə gecə saatlarında yanğının güclənməsinin qarşısı alınıb, digər tikililər mühafizə olunub. Ümumilikdə, 60 ha biçilmiş taxıl sahəsi, 500 hektar dağlıq ərazi yanıb./ Teqlər : #Şəkidə güclü yanğın 560 hektar ərazini külə çevirib FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Son iki gündə Azərbaycanda baş verən yol qəzalarında 8 nəfər ölüb, 25 nəfər yaralanıb Azərbaycanda furbolçu məşq zamanı öldü