“Facebook” yeniyetmələr üçün yeni  “Lifestage” proqramını təqdim edib

“Facebook” yeniyetmələr üçün yeni “Lifestage” proqramını təqdim edib

“Facebook” sosial şəbəkə təmsilçiləri “İphone” üçün yeni “Lifestage” proqramına başlamağı planlaşdırır.

Maide.Az xəbər verir ki, proqramın köməyi ilə yeniyetmələr dostları ilə bağlı videosüjetləri izləmək imkanı qazanacaqlar. “Lifestage” proqramını 21 yaşdan aşağı olan istifadəçilər yükləyə biləcək, həmçinin proqram vasitəsilə onlar öz əyləncələri, təhsilləri və s. haqqında kliplər yaradacaqlar.

Mütəxəssislərin fikrincə, yeni proqram yeniyetmələr arasında ünsiyyət dairəsini genişləndirəcək. Onlar qarşılıqlı məlumat mübadiləsi aparacaq, fotoşəkillərini, video kliplərini paylaşacaq və digər xidmətlərdən istifadə edə biləcəklər. (azərtac) /

Google+ WhatsApp ok.ru