Şəkidə 30 ha biçilmiş taxıl sahəsi yanıb

Şəkidə 30 ha biçilmiş taxıl sahəsi yanıb

Bu gün Şəki rayonu, Sarıca kəndində bələdiyyəyə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verilən məlumata görə, yaxınlıqdakı sahələr yanğından mühafizə olunub.

 

Yanğın saat 11:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

 

 

Digər bir yanğın Samux rayonu, Burunqovaq kəndində Meşə Mühafizə və Bərpa Müəssisəsinə məxsus ərazidə ağaclar, kol-kos və qamışlıq 25 ha sahədə baş verib.

 

Verilən məlumata görə, meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. (apa) /

 

 

Google+ WhatsApp ok.ru