Şəkidə leysan fəsadlara yol açdı - FOTO

Şəkidə leysan fəsadlara yol açdı - FOTO

Bu gün səhər saatlarında yağan yağışdan sonra Şəkinin əsas küçə və prospektləri yararsız hala düşüb.

Region TV-yə istinadən xəbər verilir ki, yolların asfalt örtüyünün dağılması sürücüləri çətin vəziyyətdə qoyub.

Yağış sularının axması üçün nəzərdə tutulan arxlar ot örtüyü və tullantılarla dolduğundan su evlərin həyətlərini basıb.

Şəki Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları yağışın fəsadlarını aradan qaldırmaq üçün səfərbər olunub. (trend) /

 

 

Google+ WhatsApp ok.ru