“Twitter” işarə siyasətini dəyişir 13 Sentyabr 2016 01:00 Maraq dünyası “Twitter” sosial şəbəkəsi işarə özünün siyasətini dəyişməyi qərara alıb. "The Verge" portalının verdiyi xəbərə görə, yeni qaydalara əsasən mikrobloqdakı mediakontentlər və sitat kimi verilən başqa “tvit”lər bədnam 140 işarə çərçivəsində sayılmayacaq. Yəni bunları paylaşmaqla bərabər, 140 işarədən ibarət müşayiətçi yazı da vermək mümkün olacaq. Yenilik sentyabrın 19-dan tətbiq ediləcək. Şəbəkə foto, gif-animasiya, video, sorğular və başqa bu tip paylaşımları məhdudlaşdırmayacaq. Sitat kimi paylaşılan “tvit”lərə də məhdudiyyət şamil olunmayacaq. Lakin sosial şəbəkənin yeni qaydaları eyni anda, yoxsa tədricən tətbiq edəcəyi hələ dəqiqləşməyib.(lent.az) Teqlər : #Twitter işarə siyasətini dəyişir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Alimlər bağlı kitabları oxumağı öyrəniblər Argentinada çəkisi 30,8 ton olan meteorit tapılıb