İşə gedərkən yola sərf edilən zaman da iş saatı sayılacaq - QƏRAR 14 Sentyabr 2016 01:00 Xəbərlər Avropa məhkəməsi qərara alıb ki, işə gedərkən işçinin sərf etdiyi zaman məsafəsi də iş gününün bir hissəsi sayılır. Bu qərar yalnız ayrıca ofisi olmayan və daha çox ezamiyyətdə əməkdaşlara şamil olunub. Bundan sonra şirkət rəhbərləri iş qrafikini tərtib edərkən əməkdaşların işə gəlməsi və işdən qayıtmasının minimal vaxt almasını və evlərinin iş yerinə yaxın olmasını nəzərə almalıdırlar. Məhkəmə bu qərarı Avropa İttifaqının işçilərin sağlamlıq və təhlükəsizliyinin qorunması normativləri ilə əsaslandırıb. Əsas məqsəd Avropa İttifaqı vətəndaşlarının həftədə 48 saatdan artıq işləməməsinə əmin olmaqdır. (BBC) Teqlər : #İşə gedərkən yola sərf edilən zaman da iş saatı sayılacaq QƏRAR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ŞOK RƏQƏM - Hər il nə qədər adam intihar edir? İrande neft-kimya zavodunda yanğın, xəsarət alanlar var