“Qarabağ”ın rəqibi Udineze səfərində xal itirdi

“Qarabağ”ın rəqibi Udineze səfərində xal itirdi

 
İtaliya A seriyasında V tura yekun vurulub.
 
Xəbər verilir ki, turun ilk oyunun günündə 1 qarşılaşma baş tutub.
 
"Milan" öz meydanında "Latsio"nu sınağa çəkib. Hər hissədə 1 qol vuran milanlılar hesabına 3 xal yazıb.
 
Turun digər qarşılaşmaları dünən keçirilib. Avropa Liqasında Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Fiorentina" "Udineze" səfərindən 1 xalla dönüb. (apa) /
 
 
İtaliya A seriyası
V tur
20 sentyabr
 
"Milan" - "Latsio" - 2:0
Qollar: Bakka, 37, Nyanq, 74
 
21 sentyabr
"Bolonya" - "Sampdoriya" - 2:0
Qollar: Verdi, 17, Destro, 50
 
"Atalanta" - "Palermo" - 0:1
Qol: Nesterovski, 88
 
"Kyevo" - "Sassuolo" - 2:1
Qollar: Riqoni, 21, Kastro, 40 - Defrel, 28
 
"Empoli" - "İnter" - 0:2
Qollar: İkardi, 10, 17
 
"Cenoa" - "Napoli" - 0:0
 
"Yuventus" - "Kalyari" - 4:0
Qol: Ruqani, 14, İquayn, 34, Dani Alves, 39, Ceppiteli, 84 (öz qapısına)
 
"Peskara" - "Torino" - 0:0
 
"Udineze" - "Fiorentina" - 2:2
Qollar: Zapata, 26, Danilo, 45 - Babakar, 30, Bernardeşi, 52 (pen.)
 
"Roma" - "Krotone" - 4:0
Qollar: El Şaaravi, 26, Salah, 37, Ceko, 48, 57

Google+ WhatsApp ok.ru