Şəhərin bəzi yollarında sıxlıq yaranıb

Şəhərin bəzi yollarında sıxlıq yaranıb

 
Paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti ləngiyir
 
Bu gün səhər saatlarından Bakıda bir neçə istiqamətdə nəqliyyat vasitələrinin sıxlığı yaranıb. 
 
Bu barədə Maide.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. 
 
Məlumata görə, hazırda Yusif Səfərov küçəsi (Mərkəzi Neftçilər xəstəxanasının qarşısı), Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsünə doğru), Tbilisi prospekti (20 Yanvar dairəsi istiqamətində), Afiyəddin Cəlilov küçəsi, habelə Koroğlu Rəhimov küçəsi (Odlar Yurdu Universiteti istiqamətində), Ziya Bünyadov prospekti (nisbi sıxlıq, Çermet körpüsü istiqamətində), eləcə də Abdulvahab Salamzadə küçəsi (Qəbələ dairəsi istiqamətində), Əhməd Ağaoğlu küçəsi, Ş.İ. Xətai prospekti (Təhsil Nazirliyi istiqaməti) və Mətbuat prospektində avtomobillərin sıxlığı müşahidə edilir.  /

Google+ WhatsApp ok.ru