“Space 104 FM” bağlandı

“Space 104 FM” bağlandı

Bu gün səhərdən etibarən “Space 104 FM” radiosunun yayımı dayandırılıb.
 
Maide.Az ölkə.az-a istinadən məlumat verir ki, bu barədə Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (Teleradio İB) məlumat daxil olub.
 
Məlumata görə, “Space 104 FM” radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcu var:
 
“Borcun ödənilməsi barədə radio rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, ancaq borc hələ də ödənilməyib”.
 

Google+ WhatsApp ok.ru