İçərişəhər “Cümə” məscidinin dini icması Aşura günü “Şəhidlər Xiyabanı”nı ziyarət etdi-FOTO

Dünyanın hər yerində yaşayan azadxah və vicdanlı insanların iradəvi kədəri yaşatdıqları dönəmdir.

Əhli-beyt (ə) sevərlər Vətəni olan Azərbaycanımızın hər bir guşəsində İmam Hüseynin (ə) və qəhrəman silahdaşlarının Kərbəlada şəhid olmasının anım mərasimləri keçirilir. İçərişəhər “Cümə” məscidinin dini icması da bu münasibətlə silsilə tədbirlər həyata keçirmişdir. Məhərrəm ayının əvvəlindən start götürən “məhərrəmin ilk ongünlüyü” mərasimləri, Aşura günü xüsusi əzəmət və şövqlə qeyd edilmişdir.

Məhərrəm ayının 10-da – Aşura günündə İçərişəhər "Cümə" məscidinin dini icması Şəhidlər Xiyabanını ziyarət etmişdir. Ziyarət zamanı əzadarlıq mərasimi keçirilmiş, 20 yanvar hadisələrində, Qarabağda şəhid olmuş həmvətənlərimizin ruhlarına dualar edilmiş, Quran ayələri oxunaraq şəhidləririmizin ruhlarına hədiyyə edilmişdir.

Hacı İlqar İbrahimoğlu çıxış edərək Azərbaycan şəhidlərinin Kərbəla şəhidlərindən dərs aldığını vurğulamış, bu əzadarlıq mərasimlərinin bir gün Ağdamda, Şuşada keçiriləcəyini bildirmişdir. Hacı İlqar ziyarət zamanı qədirbilən xalqımızın xoş gələcəyi, Qarabağımızın azad olması, vətən şəhidlərimizin Kərbəla şəhidləri ilə məşhur olmaları üçün dualar edilmişdir. Mərasim "Fərəc" duasının oxunması ilə yekunlaşmışdır. (deyerler.org)

İçərişəhər “Cümə” məscidinin dini icması Aşura günü “Şəhidlər Xiyabanı”nı ziyarət etdi

Google+ WhatsApp ok.ru