“İnterAZ” telekanalının yayımı dayandırıldı

“İnterAZ” telekanalının yayımı dayandırıldı

Maide.Az xəbər verir ki, "İnteraz" telekanalının "Azərspace" peykində dünən axşam saatlarından etibarən yayımının dayandırıldığı bildirilir.
 
Sosial şəbəkədə yayılan məlumata görə, "İnterAz" "Məşədi Dadaş" məscidində Məhərrəm ayıyla bağlı keçirilən əzadarlıq mərasimini canlı yayımladıqdan sonra qapadılıb. Qurumdan isə bununla əlaqədar heç bir səbəb bildirilməyib.
 
TV-nin əməkdaşları asvision.az saytına açıqlamasında kanalın "Azərspace" peykində yaranmış problemlərlə əlaqədar müvəqqəti dayandığını qeyd edib:
 
“Bu sırf texniki məsələdir. Televiziya bağlanmayıb. Sadəcə peykdə problemlər olduğu üçün fasilə yaranıb. Həll olunduqdan sonra izləyicilər yenə bizə baxa biləcəklər. Hazırda Rusiya peykindən yayımımız davam edir. Eyni zamanda internet vasitəsi ilə də bizi izləyə bilərlər”.
 
Telekanal 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb.
 
Telekanalın baş ofisi Moskvada yerləşir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Telekanal azərbaycan və rus dillərində verilişlər yayımlayır.
 
Qeyd edək ki, ötən il "Kanal 12"-nin yayımı da "Azərspace" peykində dayandırılmışdı. "Azərspace"-dən və kanaldan bunun texniki problem olduğunu bildirmişdilər. Sonradan isə kanal "Türksat" peyki üzərində yayımlağa 
 

Google+ WhatsApp ok.ru