Ərbəində həzrət Məsumənin (s) hərəmi tərəfindən 300 xidmətçi fəaliyyət göstərəcək

Ərbəində həzrət Məsumənin (s) hərəmi tərəfindən 300 xidmətçi fəaliyyət göstərəcək

Ərbəində Nəcəf - Kərbəla yolunda xanım Məsumənin (s) hərəmi tərəfindən Kərbəlanı piyada ziyarətə getmək istəyən zəvvarla 300 xidmətçi xidmət göstərəcək. 
 
Maide.Az xəbər verir ki, Qum şəhərində yerləşən müqəddəs xanım Fatimə Məsumə (s) ziyartəgahının katibi  bildirib ki, Ərbəində ziyarətgahın nəzarəti altında 300 xidmətçi  İmam Hüseyn (ə) zəvvarlarına xidmət göstərəcək. 
 
İlkin mərhələdə 12 konteyner yola salınacaq.
 
Burada bir gündə min nəfər İmam Hüseyn (ə) zəvvarına gündə 3-5 dəfə  xidmət göstəriləcək. Zəvvarlar üçün gündəlik yemək və istirahət yerləri təşkil olunacaq. 
 
Həmçinin 3 min nəfərin istirahəti üçün mokeb (dayanacaq) quraşdırılacaq.
 
Xanım Məsumə (s) ziyarətgahı tərəfindən 40 nəfərlik ixtisaslışmış həkim heyəti yol boyu zəvvarlara xidmət göstərəcək.
 

Google+ WhatsApp ok.ru