Ərəb Birliyindən işğalçı İsrail rejiminə su xəbərdarlığı

Ərəb Birliyindən işğalçı İsrail rejiminə su xəbərdarlığı

Ərəb Birliyi, işğalçı İsrail rejiminin Fələstin, Suriya və Livan ərazisindəki su mənbələrinə qarşı qanun pozuntularına davam etdirməməsi barədə xəbərdarlıq edib.
 
Maide.Az xəbər verir ki, Ərəb Birliyində keçirilən "İşğal Altındakı Ərəb Suları" adlı konfrans, Misirin paytaxtı Qahirədə baş tutub.
 
Birliyin baş katibi Əhməd Əbu Qeyt, üç gün davam edəcək konfransın açılışında etdiyi çıxışında, su mənbələri məsələsinin iqlim dəyişikliyi və davamlı inkişaf kontekstində beynəlxalq gündəlikdə mühüm yer tutduğuna diqqəti çəkib.
 
İsrail rejiminə Ərəb dünyasının su təhlükəsizliyi mövzusunda xəbərdarlıq edən Əbu Qeyt, Fələstin, Suriya və Livan ərazisindəki su mənbələrində sionist İsrail rejiminin apardığı siyasəti tənqid edib. 
 
Sözügedən ölkələrdəki su mənbələrinin, işğalçı İsrail tərəfindən oğurlandığını deyən Əbu Qeyt bildirib ki, İsrail rejimi Ərəb sularını təminat altına alan müqavilələri və beynəlxalq hüququ tapdalayır. Qəsbkar İsrail rejimində adambaşına içməli su gündə 300 litr, Fələstində isə 15 litrdir. Bu zülmdür. (dunyabulteni)
 

Google+ WhatsApp ok.ru