Ələt-Astara magistralının Cəlilabad ərazisindən keçən hissəsində son durum - FOTO

Ələt-Astara magistralının Cəlilabad ərazisindən keçən hissəsində son durum - FOTO

Təmir-bərpa işləri davam edir
 
Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində təmir-bərpa işləri davam edir.
 
Xəbər verilir ki, rayonun Alar kəndinə cəlb edilmiş texnikaların, işçi qüvvəsinin köməkliyi ilə magistral yolda nəqliyyatın hərəkəti bərpa olunub. Hazırda sel sularının magistral yolda yaratdığı fəsadlar aradan qaldırılır.
 
Qeyd edək ki, ötən gün rayonun Cəfərxanlı kəndi ərazisində su bəndinin dağılması nəticəsində İncəçay çayında suyun səviyyəsi artıb və çay daşıb. Körpü dağılaraq Ələt-Astara yolunun bağlanmasına səbəb olmuşdu. Yol bağlı olduğundan nəqliyyat vasitələri alternativ olaraq, Təzəkənd, Üçtəpə, Cəfərxanlı və Gülməmmədli avtomobil yolundan istifadə edirdi. (report) /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru