Ərəbistanda DÇ-2018-in oyunlarının keçiriləcəyi stadion yaxınlığında terror hadisəsinin qarşısı alınıb

Ərəbistanda DÇ-2018-in oyunlarının keçiriləcəyi stadion yaxınlığında terror hadisəsinin qarşısı alınıb

Səudiyyə Ərəbistanın Ciddə şəhərində irimiqyaslı terror aktının qarşısı alınıb. 
 
Maide.Az xəbər verir ki, rəsmi mənbələrin verdiyi məlumata görə, terror hadisəsi 2018-ci il Dünya Kuboku seçmə oyunlarının keçiriləcəyi stadiona gedən yolda planlaşdırılıbmış.
 
Həmin şəxslər avtomobilə yerləşdirilmiş partlayıcını işə salmaqla terror aktı törətmək istəyib.
 
Terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 8 nəfər həbs olunub. Onlar Səudiyyə Ərəbistanı, Pakistan və digər bir neçə müxtəlif dövlətlərin vətəndaşlarıdır.
 

Google+ WhatsApp ok.ru