Əhali əmanətlərini banklardan çəkir

Əhali əmanətlərini banklardan çəkir

Mərkəzi Bankın məlumatına görə, oktyabrın 1-ə 32 bankda inflyasiya nəzərə alınmadan orta depozit dərəcəsi 8.75 faiz olub.
 
Maide.Az xəbər verir ki, rəsmi rəqəmlərə görə, illik inflyasiya fonunda (rəsmi 11.2 faiz) cüzi artım əmanətçiləri pullarını banklardan çıxarmağa vadar edir. Yanvardan əhalinin əmanətləri 17.5 faiz azalıb.
 
Hesabat dövründə əhalinin bankda əmanətləri 7 milyard 813.9 milyon manata bərabər olub. Bu, sentyabrın 1-ə nisbətən 118 milyon, yanvarın 1-i ilə müqayisədə isə 1.66 milyard azdır.
 

Google+ WhatsApp ok.ru