Əfqanıstandakı Baqram bazasında kamikadze hücumu: 4 ölü, 15 yaralı

Əfqanıstandakı Baqram bazasında kamikadze hücumu: 4 ölü, 15 yaralı

 
Əfqanıstanın paytaxtı Kabil yaxınlığında yerləşən Baqram hərbi bazasına təşkil edilən intihar hücumunda 4 nəfər ölüb.
 
Maide.Az "Anadolu"ya istinadən xəbər verir ki, Parvan meriya sözçüsü Əbdülvəhid Siddiqi bildirib ki, personal arasına girən intihar terrorçusu üzərindəki bombanı partladıb. Hücumda 4 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
 
Bazadan istifadə edən NATO-dan verilən açıqlamada da 4 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilib.
 
Hücumu Taliban öz üzərinə götürüb.
 

Google+ WhatsApp ok.ru