Şəri-dini suallara cavablar - 1

Şəri-dini suallara cavablar - 1

Maide.Az 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 
TƏQLİDİN HÖKMLƏRİ
 
İctihad və Təqlid
 
SUAL 1: “İctihad” və “təqlid”in mənası nədir:
 
CAVAB: “İctihad” lüğətdə məşəqqətlə yanaşı hədsiz təlaş və çalışqanlıq mənasını bildirir. Fiqh leksikonunda isə zəhmət və çalışqanlıqla İslam fəqihlərinin nəzərində mötəbər sayılan mənbələrdən şəriət hökmlərinin ələ gətirilməsi mənasını ifadə edir. (Bu mənbələr “kitab”, “sünnə”, “icma” və “əql”dən ibarətdir.) Buna əsasən, dəlil-sübutla şəriət hökmlərini ələ gətirib, öz rəy və nəzərinə əməl edən şəxsə “müctəhid” deyilir. (“Lisanul-ərəb”, “cohd” və ya “cəhd” sözü; “Ət-tənqihu fi şərhil-urvətul-vusqa”, “əl-ictihad vət-təqlid” sözü, səh.20.)
 
“Təqlid” itaət mənsaını daşıyır. Fiqh leksikonunda isə şəriət məsələlərində müctəhidin fətvasına əməl etməyə “təqlid” deyilir.
Qeyd etmək lazımdır ki, qeyd-şərtsiz itaət mənasını daşıyan “təqlid” sözü xoşagəlməz görünsə də, İslam təlimləri və mədəniyyətində müctəhidin elmi təlaşı və çalışqanlığının nəticəsindən bəhrələnən, eyni zamanda, şəriət hökmlərinin ələ gətirilməsində doğruluq və yanlışlıq məsuliyyətini müctəhidin öz öhdəsinə buraxan şəxsə “müqəllid” – təqlidçi deyilir. Bəlkə də “qəlladə” (boyunbağı) sözündən götürülən “təqlid” sözünün işlənməsində bu məqsədin izlənilməsi əbəs deyildir.
 
 
Qeyd edək ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 

Google+ WhatsApp ok.ru