Əfqanıstan prezident aparatının yanındakı partlayışda, 4 nəfər həlak olub-YENİLƏNİB

Əfqanıstan prezident aparatının yanındakı partlayışda, 4 nəfər həlak olub-YENİLƏNİB

(İlk xəbər bu gün səhər 09:05-də dərc olunub) 
 
Xəbər verdiyimiz kimi, bu gün səhər Əfqanıstanın paytaxtı Kabulda partlayış baş verib.
 
Maide.Az xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyi elan edib ki, partlayıcı qurğu  Milli Təhlükəsizlik müdiriyyətinə məxsus nəqliyyat vasitəsinə yerləşdirilib.
 
Partlayış nəticəsində 4 nəfər həlak olub, 11 nəfər yaralanıb. 
 
Məlumatda bildirilir ki, partlayış Əfqanıstan prezident aparatının 100 metrliyində yerli vaxtla  07:50-də baş verib.  
 
 

Google+ WhatsApp ok.ru