Şəri-dini suallara cavablar - 4

Şəri-dini suallara cavablar - 4

Maide.Az 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 
TƏQLİDİN HÖKMLƏRİ
 
Mərcəi-təqlidin risaləsini oxumaq
 

SUAL 4: Bir müctəhidə təqlid etmək üçün onun risaləsini sona qədər oxumaq lazımdırmı?

CAVAB: Bütün mərcəi-təqlidlərə görə, xeyr, risaləni əvvəldən axıra kimi oxumaq lazım deyil! Lakin, adətən, ehtiyac duyulan şəri-dini məsələləri öyrənmək vacibdir.

(“Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 6; “Tovzihul-məsail”, mərcəi-təqlidlər, məsələ 11; “Əl-urvətul-vusqa”, 1-ci cild, səh.62, “təqlid” bölümü.)

 

 

Qeyd edək ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 

Google+ WhatsApp ok.ru