“Qadınların 15-20 faizi sonsuzluqdan əziyyət çəkir”

“Qadınların 15-20 faizi sonsuzluqdan əziyyət çəkir”

“Qadınların 15-20 faizi sonsuzluqdan əziyyət çəkir”
 
Bunu APA-ya müsahibəsində  Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib. 
 
Maide.Az xəbər verir ki, S.Məmmədova deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının göstəricisinə görə, dünyada, o cümlədən Azərbaycanda qadınların 15-20%-i sonsuzluqdan əziyyət çəkir. “Sonsuzluğun bir neçə növü var. Belə ki, bir ailədə müntəzəm cinsi əlaqə olmasına baxmayaraq, bir ildən artıq olan müddətdə hamiləlik baş tutmursa, ona sonsuz nikah deyilir. Bunun səbəbləri qadınla və ya kişi ilə bağlı ola bilər. 
S.Məmmədova  deyib ki, Azərbaycanda hamilə qadınlar arasında tez-tez rast gəlinən xəstəliklər qan azlığı-anemiya, daxili cinsiyyət üzvlərinin iltihabı xəstəlikləri, aşağı ətrafların varikoz genəlmələri, ağciyərlərin iltihabı və ürək-damar xəstəlikləridir.
 
O deyib ki, bu gün Azərbaycanda 3 minə yaxın mama-ginekoloq fəaliyyət göstərir. “Onların 100%-i artıq sertifikasiyadan keçib. Bu ildən ikinci mərhələ sertifikasiyaya start verilib.Bu gün ginekoloqların səviyyəsi məni qane edir. Hər il ölkədə 170-180 min doğuş qəbul olunur”
 
O əlavə edib ki, Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı 19-25 % arasında tərəddüd edir. Bu da müəssisədən və bura daxil olan xidmətlərdən asılıdır. 
S.Məmmədovanın sözlərinə görə, yeni beynəlxalq meyarlar əsasında artıq hamiləliyin 22-ci həftəsindən tez olmayaraq doğulan körpənin bədən çəkisi 500 qramdan çoxdursa və onda hər hansı həyat əlamətləri - ürək döyüntüsü, nəfəsalma, yaxud əzələlərin hərəkəti müşahidə edilirsə, o, diri doğulmuş uşaq sayılır.
O deyib ki, 37-ci həftəyə qədər doğulan uşaqların 60-70%-i erkən neonatal dövrdə ölürlər. “Bu təkcə Azərbaycanın rəqəmləri deyil, Ümumdünya Səhiyyə Təşkilatının bütün dünya ölkələri üçün olan rəqəmləridir. Yalnız Azərbaycanda yox, Avropanın ən inkişaf etmiş ölkələrində belə vaxtından əvvəl doğulan uşaqların 70%-i ölür. Qalan 30% uşaqlarda isə ömrünün sonuna kimi invalizasiyaya (əlilliyə) gətirən xəstəliklər - ağciyər problemləri, nevroloji simptomatika, karlıq , korluq, əqli cəhətdən inkişafdan qalma, daxili üzvlərin disfunksiyalar meydana gəlir və ömrünün axırına kimi qalır”.
 
Baş mama-ginekoloq ölkə vaxtından əvvəl doğulan uşaqların sayının ümumi statistikasının 1% təşkil etdiyini deyib və bildirib ki, hər il Azərbaycanda 170-180 min doğuş baş verirsə, vaxtından əvvəl doğulan uşaqların sayı 1700-ə yaxındır. "“Vaxtından əvvəl doğulan hər 10 uşaqdan 7-si ölür, 2-si əlil olur”
 
S.Məmmədova deyib ki, ilk hamiləlikdə abort etdirən qadınların sayı çox azdır. “ Orta yaşlarda bu vəziyyət maksimaldır. Yaş artdıqca abortların sayı da azalır.”
Onun sözlərinə görə, hamiləlik dövründə bəzi dərmanların qəbulu uşaqlarda karlığa, eybəcərliklərə səbəb olur. “Hamiləliyin bədən çəkisi az, orta ölçülü və şişman qadınlar üçün normativləri var. Ona görə də hamiləlikdən öncə bədənin çəkisini öyrənmək lazımdır. Əgər hamiləlik dövründə çəki normadan artıq olarsa, bu, artıq onda gizlin ödemlər - şişlər haqqında məlumat verir. Bu da böyrək, ürək, beyin, damar sistemi və digər orqanlar üçün fəsadlar verir”.
 
S.Məmmədova deyib ki, yadda saxlamaq lazımdır ki, keçmişdə analar 18 yaşı olan kimi qızları ərə verirdi, gedən kimi uşağı olurdu və hər şey də rahat olurdu. Bu gün isə vəziyyət başqadır. Ekologiya dəyişib, qidalar başqadır, stresslər artıb. Bundan başqa, bu gün dieta proqramları dəbdədir. “Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, 18-25 yaş arası dövr ilk övladı dünyaya gətirmək üçün ən münasib yaş hesab olunur”.
Onun sözlərinə görə, ölkədə risk qrupunda olan hamilələr ümumi hamilələrin 25-30 faizini təşkil edir.“Hər 3 hamilə qadından birində hansısa xəstəlikdən fəsad yaranır”. /
 
Müsahibənin tam mətnini burdan oxuya bilərsiz. 
 

Google+ WhatsApp ok.ru