Şəri-dini suallara cavablar - SUAL 5

Şəri-dini suallara cavablar - SUAL 5

Maide.Az 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 
 
TƏQLİDİN HÖKMLƏRİ
 
 Ə`LƏM (DAHA ELMLİ) MÜCTƏHİDİ TANIMAQ

 

SUAL 5: Bir müctəhidin daha elmli olmasını necə müəyyənləşdirə bilərik?

CAVAB: Bütün mərcəi-təqlidlərin nəzərinə əsasən, daha elmli müctəhidi üç yolla tanımaq mümkündür:

1. Bu məsələdə insan özü yəqinliyə çatsın; belə ki, özü elm əhlindən olub daha elmli müctəhidi tanıya bilsin.

2. Daha elmli müctəhidi ayırd edə bilən iki ədalətli alim bir müctəhidin daha elmli olması barədə məlumat versin. (Bu şərtlə ki, digər iki ədalətli alim onların dediyi sözün əksinə şəhadət verməsin.)

3. Daha elmli müctəhidi ayırd edə bilən bir qrup elm əhlinin dediyindən yəqinlik və xatircəmlik əldə etsin.

(“Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 25; “Tozihul-məsail”, məsələ 3.)

Qeyd 1: Ayətullah Sistiani, Ayətullah Təbrizi və Ayətullah Vəhid: Hətta əgər bir nəfər elm əhlinin hansısa bir müctəhidin daha elmli olmasına dair dediyi söz insana xatircəmlik gətirərsə, kifayət edər.

Qeyd 2: Ayətullah Bəhcət: Əgər insan hər hansı bir yolla müctəhidin daha elmli olmasına dair xatircəmlik əldə edə bilsə, kifayət edər.

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 
 

Google+ WhatsApp ok.ru