Əmirəl-möminin Əlinin (ə) hərəminin günbəzinin təmir işləri  başa çatıb - FOTO

Əmirəl-möminin Əlinin (ə) hərəminin günbəzinin təmir işləri başa çatıb - FOTO

Əmirəl-möminin Əlinin (ə) hərəminin günbəzini yenilənmə prosesi başa çatıb və artıq açılış üçün hazırlıq işləri görülür. 
 
Maide.Az xəbər verir ki, ötən gün İmam Əlinin (ə) hərəmi işləri üzrə idarənin rəhbəri Seyyid Nizar Həblül-Mətin günbəzin son tamamlanma işləri ilə tanış olub. "Artıq tamamlanma işləri başa çatıb və günbəz rəsmi açılış mərasimi üçün hazırdır. Ümid edirəm son tamamlanma işləri də tezliklə başa çatacaq və Rəbbiül-Əvvəl ayının 17-si əziz Peyğəmbər həzrət Məhəmmədin (s) doğum gününə qədər hazır olacaq və günbəzin təqdimatı həmin gün keçiriləcək".
 
O deyib ki, günbəzin yenilənməsi önəmli bir layihə idi və ötən bir il ərzində günbəzin yenilənməsi üçün 105 kiloqram qızıl istifadə olunub.  
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru