Əbdülməlik Əl-Husi: `Yəmən xalqı mübarizəsinə davam edəcək`

Əbdülməlik Əl-Husi: `Yəmən xalqı mübarizəsinə davam edəcək`

Yəmənin Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi işğalçı Səudiyyə rejiminin Yəməni öz tabeçiliyi altına keçirmək istədiyini bildirərək, xəbərdarlıq edib: "Yəmən xalqı heç vaxt Səudiyyə rejiminə təslim olmayacaq və mübarizəsinə davam edəcək".
 
Deyerler.org Əl-Məsirə-yə istinadən xəbər verir ki, Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Yəmənin dövlət müstəqilliyinin 49-cu ili münasibətilə yaydığı mesajında, Səudiyyə rejiminin Yəmənə hücum etməsində Amerikanın birbaşa dəstəyinin olduğunu qeyd edib. O, Yəmən xalqının işğalçılara və təcavüzkarlara qarşı sonuna qədər mübarizə aparacağını bildirib.
 
Əl-Husi Yəməndə milli qurtuluş hökumətinin qurulmasını bu ölkənin daxili böhranından xilas olması üçün mühüm bir addım olduğunu deyib. O, Yəmən xalqından Yəmənin inqilabi komitəsinin Yəmən hökumətini dəstəkləyən bəyanat verməsindən sonra, bu ölkəyə qarşı blokadanın davam etdirilməsini qınamaları üçün etiraz aksiyası təşkil etmələrini istəyib.
 

Google+ WhatsApp ok.ru