“JEK”lərə alternativ qurum təklif olunur

“JEK”lərə alternativ qurum təklif olunur

Ötən həftə Milli Məclisdə aparılan büdcə müzakirələri zamanı Mənzil-Kommunal İstiasmar sahələrinin (MKİS-“JEK”) özəlləşdirilməsinin mümkünlüyü ifadə olunub.
 
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı məsələ ilə bağlı Modern.az-aaçıqlamasında bildirib ki, Mənzil-Kommunal İstismar sahələrinin özəlləşdirilməsinin cəmiyyətə heç bir xeyri olmayacaq.
 
“On dənə “JEK”in əvəzinə, iki Mənzil Müştərək Cəmiyyəti formalaşdırılmalıdır.  Mənzil mülkiyyətçilərinə şərait yaradılmalıdır ki, müvafiq şəkildə fəaliyyət göstərə bilsinlər.  Bu, daha yaxşı addım olar, nəinki özəlləşdirmək.  İnsanlarımıza da normal xidmət göstərilər”.
 
Ekspert deyib ki, vətəndaşın mənzilini nəyə görə digər şəxslər idarə etməlidir?
 
“Milyonlarla vəsait büdcədən yayındırılıb. Mənzil-Tikinti koorperativlərinin rəhbərləri alqı-satqı və müqaviləsinin dəyişdirilməsinə görə əhalidən nə qədər pul yığırlar.
 
Buna bir son qoyulmalıdır. Bu nə mexanizmdir. Milli Məclis hər sıradan təklif yeri deyil. Bundan əvvəlki qanunvericilik aktlarını, normativ hüquqları oxusunlar. Daha sonra isə fikir bildirsinlər”. (modern.az) /

Google+ WhatsApp ok.ru