Ərbəin yürüşü günlərində 20 terror qruplaşması zərərsizləşdirilib

Ərbəin yürüşü günlərində 20 terror qruplaşması zərərsizləşdirilib

İrana girməyə cəhd edən 3 nəfərlik terror qrupu  məhv edilib. Bunu  İranın daxili işlər nazirinin  təhlükəsizlik məsələləri üzrə müavini və  Ərbəin ziyarəti üzrə Mərkəzi Qərargahın sədri Hüseyn Zülfüqari deyib. 
 
Maide.Az xəbər verir ki, H.Zülfüqari ölkə sərhədlərində  təhlükəsizliyin  təmini ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib ki,  yaxın günlərdə  3 nəfərlik terror qrupu  ölkənin qərb  sərhədlərindən İrana keçmək istəyərkən  təhlükəsizlik qüvvələrinin ayıqlığı nəticəsində məhv edilib. 
 
H.Zülfüqari Ərbəin ziyarəti dövründə 20 terror qruplaşmasının zərərsizləşdirildiyini  bildirib. “İŞİD terror qruplaşmasının üzvlərindən ibarət  20 terror qruplaşması  Ərbəin ziyarəti günlərində terror törətmək istəyirdi ki,  İraq qüvvələrinin sayıqlığı nəticəsində həmin qruplar zərərsizləşdirilib”. 
 
H. Zülfüqari İraqın Hİllə bölgəsində  Ərbəin günündən sonra baş vermiş terror aktına toxunub və deyib ki, Hillə bölgəsində baş vermiş terror aktı Ərbəin günündən 3 gün sonra baş verdi. “20 gün müddətində bir hissəsini terror qruplaşmaları işğal etmiş bir ölkədə  20 milyona  yaxın insanın təhlükəsizliyini təmin etmək  çox ağır və böyük iş idi ki, təhlükəzilik qüvvələri bunun öhdəsindən gəldilər”. (tasnim) 
  
 

Google+ WhatsApp ok.ru