“İran Qarabağ münaqişəsində vasitəçi ola bilər”

“İran Qarabağ münaqişəsində vasitəçi ola bilər”

“Tərəflər istəyərsə, İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ola bilər”.
 
Maide.Az bildirir ki, bunu APA-nın Tehran bürosuna açıqlamasında Ali Rəhbər Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri və İslami Oyanış Assambeleyasının baş katibi Əli Əkbər Vilayəti deyib.
 
Ə. Ə. Vilayəti ümid etdiklərini bildirib ki, Azərbaycan və Ermənistan arasındakı problem tezliklə həll olunacaq: “Biz həmişə problemin və iki qonşu ölkənin ixtilafının dinc yolla həllinin tərəfdarı olmuşuq. Əgər tərəflər istəyərsə, İran Dağlıq Qarabağ münaqişəsində vasitəçi ola bilər. Ümid edirik iki, ölkə arasındakı problem tezliklə həll olunacaq”.
 
İranın nüvə sazişinə dair Hərtərəfli Birgə Fəaliyyət Planının icrasına nəzarət heyətinin də üzvü olan Vilayətinin sözlərinə görə, ABŞ İrana qarşı sanksiyaların müddətini uzatmaqla planın icrasını pozub: “Onlar həmişə özbaşına qərarlar qəbul etməyə öyrəşiblər və öz istədikləri meyarlara əsasən ölçü götürürlər”.
 
Ə. Ə. Vilayətinin sözlərinə görə, İran İslam Respublikası sanksiyaların yükünün altına girməyəcək: “Bi sah'd' prezidentin açıqladığı bir sıra görülmüş işlər və digər proqramlar var ki, düşmənlərin onları bilməsi məsləhət deyil”.
 

Google+ WhatsApp ok.ru