Şəmxani: İran və Rusiyanın Suriyada müştərək qərargahı fəaliyyət göstərir

Şəmxani: İran və Rusiyanın Suriyada müştərək qərargahı fəaliyyət göstərir

İranın Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Şəmxani deyir ki, Moskva və Tehranın  Suriyada müştərək qərargahı var. 
 
Maide.Az presstv-ə istinadən xəbər verir ki,  Ə.Şəmxani deyib ki, bu müştərək qərargahda  İran və Rusiya  Suriya orudusu və müqavimət qüvvələrinə məsləhətlərlə yardım edir. “Bizim terrorizmlə mübarizə məsələsində  regionın bəzi ölkələri ilə müştərək və geniş əməkdaşlığımız var. Bu kimi əməkdaşlıqlarda diplomatik danışıqlar  və məsləhətləşmələr  bəzi problemlərin həlli üçün lazımdır. Rusiya prezidentinin xüsusi nümayəndəsinin Tehrana sonuncu səfəridə bu məqsədlə baş tutmuşdur.”
 
Ə.Şəmxani deyib ki, hərbi sahədə terrorizmlə mübarizə üçün  İraq, Suriya, İran və Rusiya müştərək iş aparır.  “Bəzi  addımlar o cümlədən İranın hava məkanında Rusiyanın istifadəsi də  bu əməkdaşlıq çərçivəsində baş tutmuşdur”. 
 
O deyib ki, Rusiya və İran  terrorizmlə mübarizədə və Suriyanın qanuni hökumətini dəstəkləməyi davam etdirməkdə qərarlıdır. “ Rusiya terrorizmlə mübarizəsə bizim  müttəfiqimizdir. Düşmənlər bu əməkdaşlığı pozmaq üçün geniş çalışmalar aparır. Lakin hər iki ölkə rəhbərlərinin sayıqlığı nəticəsində  iki ölkə arasında kordinasiya yüksək səviyyədə qurulub.”
 

Google+ WhatsApp ok.ru