Əsəd: Bu həm də İran və Rusiyanın da qələbəsidir

Əsəd: Bu həm də İran və Rusiyanın da qələbəsidir

"Bu qələbə Suriya xalqının düşmənlərinə bir göz dağıdır."
 
Suriya Prezidenti Bəşər Əsəd İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hosseyn Caberi Ənsari ilə Dəməşqdə keçirdiyi görüş zamanı bildirib ki, Hələb şəhərinin terrorçulardan azad edilməsi Suriya ordusunun və onun bütün müttəfiqlərinin əldə etdiyi uğurdur.
 
Prezident Əsəd qeyd edib ki, Hələbin terrorçuluqdan azad edilməsi nəinki Suriya üçün, o cümlədən də terrorçuluqla mübarizədə iştirak etmiş hər bir kəsin, xüsusən də İran və Rusiyanın qələbəsidir.
 
Suriya lideri əlavə edib ki, bu qələbə digər tərəfdən də Suriya xalqına düşmən olanlara və terrorçuluğu öz maraqlarının əldə edilməsi üçün istifadə edənlərə zərbədir.
 
Caberi isə öz növbəsində Suriya Prezidentinə Moskvada Rusiya, İran və Türkiyə xarici işlər nazirləri səviyyəsində keçirilmiş 3 tərəfli görüşün yekunları haqda məlumat verib. (İslamazeri) /

Google+ WhatsApp ok.ru