“Azərbaycan külli miqdarda mənimsəmədə ittiham olunan şəxsi İrana təhvil verib”

“Azərbaycan külli miqdarda mənimsəmədə ittiham olunan şəxsi İrana təhvil verib”

Ötən həftə Azərbaycan İranın sorğusu əsasında milyardlarla dollar pulu mənimsəməkdə ittiham olunan şəxsi həbs edərək bu ölkəyə təhvil verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İnterpolun İran bürosunun rəhbəri Məsud Rizvani bəyan edib.
 
M.Rizvani Azərbaycandan İrana təhvil verilən şəxsin kimliyi və ona qarşı irəli sürülən ittihama dair açıqlama verməyib.
 
“İnterpolun İran bürosu cinayətkarların axtarışını davam etdirir. Neft pullarını mənimsəyən şəxslər İnterpol vasitəsi ilə həbs olunaraq ölkəyə qaytarılır”, deyə Məsud Rizvani bildirib. Onun sözlərinə görə, milyarder Babək Zəncaninin işi ilə əlaqədar daha bir nəfər Mərkəzi Amerika ölkələrinin birində saxlanılaraq İrana təhvil verilib.
 
Qeyd edək ki, İranlı milyarder Babək Zəncani korrupsiya ittihamlarına görə ölüm cəzasına məhkum edilib. O, şirkətləri vasitəsilə milyardlarla dollar həcmində neft gəlirlərini gizlətməkdə təqsirli bilinərək  2013-cü ilin dekabr ayında həbs olunub.  
 

Google+ WhatsApp ok.ru