Əbuca və Bavçi şəhərlərində Şeyx Zəkzakiyə azadlıq fəryadı – FOTO

Əbuca və Bavçi şəhərlərində Şeyx Zəkzakiyə azadlıq fəryadı – FOTO

Nigeriyanın Əbuca və Bavçi şəhərlərində ölkənin İslami Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib. 
 
Maide.Az xəbər verir ki, bir müddət öncə Nigeriya Federal Ali Məhkəməsi Şeyx Zəkzaki və onun həyat yoldaşının 45 gün ərzində azad olunmasına dair hökm çıxarmışdı. Bu hökmə əsasən Nigeriya Təhlükəsizlik Qüvvələri 45 gün ərzində Şeyx Zəkzaki və həyat yoldaşını polisə təslim etməli və polis də ən geci 24 saat ərzində Şeyx Zəkzaki və xanımını sərbəst buraxmalı idi. 45 günlük müddət yanvarın 16-da başa çatsa da, Nigeriya hökuməti məhkəmənin qərarını icra etmədi və Şeyx Zəkzaki və həyat yoldaşını sərbəst buraxmadı . 
 
Bir çox Beynəlxalq  İnsan Hüquqları Təşkilatları, eləcə də Nigeriya xalqı və İslami Hərəkat üzvləri Nigeriya hökumətini Federal Ali Məhkəmənin hökmunu icra etməyə səsləyib.
 
Qeyd edək ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zaria şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.
 
Ötən ildən indiyədək Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə dinc etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər.

Google+ WhatsApp ok.ru