“Staj məhdudiyyəti olmayacaq”- Nazir pensiyalardan danışdı

“Staj məhdudiyyəti olmayacaq”- Nazir pensiyalardan danışdı

“Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq”.
 
Maide.Az  Report-a istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
 
O bildirib ki, hazırda qanunvericilikdə 12 illik stajı olmayan şəxslərə onun fərdi hesabında nə qədər məbləğ yığılmasından asılı olmayaraq pensiya düşmür: “Milli Məclisə bununla bağlı yeni qanun layihəsi təqdim edilib. Artıq baza hissəsi deyilən anlayış aradan qalxacaq. Yeni qanun layihəsində əmək pensiyalarının hesablanması baxımından staj məhdudiyyəti yoxdur”.
 

Google+ WhatsApp ok.ru