Şəri-dini suallara cavablar - SUAL 19

Şəri-dini suallara cavablar - SUAL 19

Üzü və qolları üç dəfə yumaq dəstəmazı batil edirmi?

Maide.Az  10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

DƏSTƏMAZIN HÖKMLƏRİ

SUAL 19: Üzü və qolları üç dəfə yumaq dəstəmazı batil edirmi?

Bütün mərcəi-təqlidlərın fətvası: “Dəstəmaz niyyəti ilə üzü və sağ qolu üç dəfə yumaq haramdır, dəstəmazı isə batil etməz. Amma sol qol üç dəfə yuyularsa, məshə xələl yetirdiyindən dəstəmaz batildir.”

(“İstiftaat”, İmam Xomeyni, 1-ci cild, sual 35; “Camiul-əhkam”, Ayətullah Safi, 1-ci cild, sual 90; “Camiul-məsail”, Ayətullah Fazil Lənkərani, 1-ci cild, sual 113; “İstiftaat”, Ayətullah Məkarim Şirazi, 1-ci cild, sual 61 və 64; “İstiftaat”, Ayətullah Nuri Həmədani, 2-ci cild, sual 39; Ayətullah Xamenei, Ayətullah Sistani, Ayətullah Bəhcət və Ayətullah Vəhid Xorasaninin dəftərxanası.)

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 
 
 
 

 

Google+ WhatsApp ok.ru