Əhsən Nuruzadə “bandotdel”dən tapıldı

Əhsən Nuruzadə “bandotdel”dən tapıldı

Yanvarın 24-dən yoxa çıxmış dindar Əhsən Nuruzadənin yeri bəlli olub. Altı gün sonra onun yaxınlarına məlumat verilib ki, Əhsən Nuruzadə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (el arasında «Bandotdel» deyirlər – AR) saxlanılır. Amma onun saxlanılma səbəbi və ötən müddətdə ailəsinə niyə məlumat verilməməsi haqda heç nə deyilməyib.
 
Əhsən Nuruzadə ilahiyyatçı Taleh Bağırov və daha 17 nəfərin mühakimə olunduğu Nardaran işi üzrə məhkəmənin daimi iştirakçılarından biri idi. O, yanvarın 24-də axşam saat 17.00 radələrində siqaret almağa evdən çıxıb və bir daha geri qayıtmayıb.
 
Bu müddətdə onun ailə üzvləri və vəkili Daxili İşlər naziri Ramil Usubovdan tutmuş, müxtəlif polis idarələri, Ombudsman Aparatı, Beynəlxalq Qırmızı Xaç Komitəsinə qədər müxtəlif qurumlara müraciət etsələr də, onun yerini öyrənə bilmirdilər. (azadliq.org)
 

 

Google+ WhatsApp ok.ru