“Mavi Mərmərə” hadisəsindən sonra türkiyəli nazir ilk dəfə İsrail rejiminə səfər edib

“Mavi Mərmərə” hadisəsindən sonra türkiyəli nazir ilk dəfə İsrail rejiminə səfər edib

Türkiyənin Mədəniyyət və Turizm naziri Nəbi Avcı Türkiyə- İsrail rejimi münasibətlərinin normallaşması prosesi çərçivəsində Tel Əvivə səfər edib.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Nəbi Avcı 2010-cu ildə “Mavi Mərmərə” gəmisinə təşkil edilən hücumdan sonra işğalçı İsrail rejimini ziyarət edən ilk türk naziri olub.
 
Qeyd edək ki, sionist İsrail rejim təhlükəsizlik qüvvələrinin 31 May 2010-cu ildə Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə hücumu nəticəsində 10 Türk vətəndaşının həyatını itirməsi, iki ölkə əlaqələrinin kəsilməsinə səbəb olmuşdu.
 

Google+ WhatsApp ok.ru