“Həmas” sionist İsrail rejiminin  “azan qadağası” layihəsinə etiraz etdi

“Həmas” sionist İsrail rejiminin “azan qadağası” layihəsinə etiraz etdi

“Həmas” sionist İsrail rejim Parlamentindəki qanunvericilik komissiyasının(Knesset) azanın səsgücləndiricilərdən oxunmasının qadağan edilməsi ilə bağlı qanun layihəsinə etiraz edib. 
 
“Həmas”ın sözçüsü Hazim Qasim tərəfindən yayılan yazılı açıqlamada, işğalçı rejimin azan yasağı layihəsini son olaraq təsdiqləməsi fələstinlilərə qarşı irqçi siyasətin davamı olaraq qiymətləndirildi. Sionist İsrail rejiminin bu addımının “Fələstin xalqına qarşı irqçi siyasətin dəlili” olduğu yazılan açıqlamada deyilir: “Bu qanun layihəsi qəsbkar rejimin bütün insan hüquqları qanunlarına görə qəbul edilən dini simvolları əngəlləməklə, fələstinlilərin islami kimliyini hədəf alan siyasətini davam etdirdiyinin göstəricisidir”.
 
Qeyd edək ki, sionist İsrail Parlamentində azan oxunmasının qadağan edilməsini nəzərdə tutan layihə üç fərqli iclasda görüşülərək səsverməyə çıxarılıb. Fələstinlilərin və İslam aləminin böyük etirazına səbəb olan layihə daha əvvəllər də bir neçə dəfə gündəmə gəlmiş, ancaq qanunvericilik komissiyasında (Knesset) səsverməyə çıxarılmamışdı.
 
Bu dəfə isə qanunvericilik komissiyasından keçən layihə səsvermə mərhələsinə gəldi.
 
Azanın 23.00 ilə 07.00 saatları arasında səsgücləndiricilərdən oxunmasının qadağan edilməsini nəzərdə tutan qanunda buna məhəl qoymayan məscidlərə 1200 dollara qədər cərimə cəzalarının kəsiləcəyi bildirilir. (azadliq.info) /

Google+ WhatsApp ok.ru