“Ağ Evdə axmaq birisi oturubsa, bu bizim nailiyyətimizin başlanğıcıdır”

“Ağ Evdə axmaq birisi oturubsa, bu bizim nailiyyətimizin başlanğıcıdır”

“Əgər Ağ Evdə axmaqlığını izhar edən bir axmaq oturubsa bu bizim naliyyətlərimizin başlanğıcıdır”
 
İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, bunu Hizbullah lideri Seyid Həsən Nəsrullah çıxışında deyib.
 
Dünyadan köçmüş livanlı alim Şeyx Hüseyn Ubeydin vəfatının ildönümü mərasimində çıxış edən Həsən Nəsrullah bəyan edib ki, Donald Trampın ABŞ-da prezidentlik kürsüsünə oturması Hizbullah üçün yeni bir şey gətirməyib. H.Nəsrullah bəyan edib ki, D.Tramp ABŞ-ın həqiqi irqçi, qan tökən və hiyləgər simasının üzünü açıb.
 
“Nə Tramp, nə qeyrisi bizim uşaqlardan heç birinin iradəsinə, qənaətinə toxuna bilməz. Kişilərimizə isə əsla təsir göstərə bilməz” -deyə Həsən Nəsrullah Hizbullahın sionist İsrail üzərində 2000-2006 cı ildəki qələbələrini xatırladıb.
 
Hizbullah lideri həmçinin onlara qarşı Suriyada demoqrafik dəyişikliklərin həyata keçirilməsi ittihamının, terroru dəstəkləyən ölkələr tərəfindən irəli sürüldüyünü bildirib və vurğulayıb ki, hər bir beynəlxaq təşkilat gəlib Suriyada azad edilmiş ərazilərdə məsələ ilə bağlı monitorinq keçirə bilər.

Google+ WhatsApp ok.ru