Əfvlə bağlı yeni xəbər: Bəzi müraciətlərə müsbət rəy verilib

Əfvlə bağlı yeni xəbər: Bəzi müraciətlərə müsbət rəy verilib

“Dünən Əfv Komissiyasının iclası keçirildi. Məlumat verildi ki, 800-dən artıq müraciət daxil olub. Dünən müraciətin 150-nə baxılıb”.
 
Bunu jurnalistlərə açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşəd Məcid deyib.
 
Onun sözlərinə görə, baxılan müraciətlərin yarısına müsbət rəy verilib: “Bu gün də komissiyanın iclası davam edəcək. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, prezident İlham Əliyev Novruz bayramı ərəfəsində əfv fərmanı imzalayacaq”.(faktxeber)

 

Google+ WhatsApp ok.ru