“Axı nə üçün xalqımız Şeyx Sərdar kimi şəxsdən məhrum olmalıdır?”

“Axı nə üçün xalqımız Şeyx Sərdar kimi şəxsdən məhrum olmalıdır?”

Famil Burxanoğlu: “Kimlərə sərf etmir belə mənəvi dəyərlərin daşıyıcısı olan alimlərin azadlıqda qalması, xalqın mənəvi susuzluğunu sirab etməsi? ”
 
Fərid Abdulla: “Azərbaycanda bir neçə nəfər həqiqi savadlı ruhani varsa, biri də Şeyx Sərdar Hacıhəsənlidir”
 
 
Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, tanınmış ruhani Şeyx Sərdar Hacıhəsənlinin qanunsuz həbsi cəmiyyət tərəfindən etirazla qarşılanıb.
 
İslaminSesi xəbər verir ki, ilahiyyatçı alim Famil Burxanoğlu və ilahiyyatçı yazar Fərid Abdulla da  namaz məhbusu  Şeyx Sərdar Hacıhəsənlinin həbsinə münasibət bildiriblər.
 
İlahiyyatçı alim Famil Burxanoğlu açıqlaması zamanı bildirdi ki, Şeyx Sərdar sözün əsl mənasında həm böyük alim, həm də gözəl insandır.
 
Həllini tapmaqda çətinlik çəkdiyi elmi, fəlsəfi və dini məsələlərə Şeyx Sərdarın aydınlıq gətirdiyini söyləyən Famil Burxanoğlu, “məsələlərə elə aydınlıq gətirirdi ki, doğrusu, qibtə edirdim. Çox alimdə olmayan təvazökarlıq, insansevərlik, mənəvəiyyat var Şeyx Sərdarda” – deyə bildirib:Картинки по запросу famil burxanoğlu
 
“Çox iti zəkası olmaqla yanaşı incə ruhu var. Bu ölkəyə, bu xalqa çox gərəkli adamdır. Müasir insanın dünyaya, maddiyyata, nəfsani istəklərə, dekorasioyaya, formal həyata yürüdüyü bir vaxtda belə insanşünas, ruh və mənəviyyat adamına, təqvalı və dindar alimə çox ehtiyac var. Axı nə üçün özümüzü bu cür qiymətli dəyərdən məhrum etməliyik? Kimlərə sərf etmir belə mənəvi dəyərlərin daşıyıcısı olan alimlərin azadlıqda qalması, xalqın mənəvi susuzluğunu sirab etməsi? Bu xalqın əxlaqi dəyərlərinin formalaşmasına çalışan, qanun və qaydalara formal deyil, əxlaqi dəyərlər çərçivəsində riayət etməyə səsləyən bir alimi həbs etmək bu xalqa, bu millətə, bu dövlətə zərbə deyilmi?”
 
İlahiyyatçı onu da qeyd etdi ki, Şeyxə qarşı qaldırılan ittihamın mətni ilə tanış olduqda adam həqiqətən, utanır:
 
 “Bu qədər də savadsız ititham olmaz axı? Mən inanıram ki, bu xalqı, dövləti, və ölkəni sevən hər kəs Şeyxin azadlıqda olmasını istəyər. Şeyx Sərdar kimi dəyərli alimlər bu xalqa çox lazımdır. Tezliklə Şeyxin azadlığa çıxacağına və bu xalqa xidmət etməsinə şərait yaradılacağına çox böyük ümid bəsləyirəm.”
 
İlahiyyatçı yazar Fərdi Abdulla isə qeyd edib ki, Azərbaycanda bir neçə nəfər həqiqi savadlı ruhani varsa, biri də Şeyx Sərdar Hacıhəsənlidir:
 
 
“Hacı hər dəfə məni gördükdə həmyaşıdım kimi durub yanıma gələr, görüşər, bağrına basardı və mən özümdən böyük və savadlı insanın bu cür hərəkətindən xəcalət çəkərdim. Amma o bunu səmimi edərdi. Hacı o ruhanilərdəndir ki, mənimlə bərabər şəkildə elmi bəhs aparmışdır. Yəni mən deyim sən qulaq as deyən adamlardan deyil. Mən bu insana həqiqətən hörmət edirəm. Onun həbsi xbərini eştidim və çoxdan qorxub çəkindiyim şey baş verdi. Üzüldüm. Hacının mərdcə təbəssüm etdiyi şəkili gördükdə baxıb mən də təbəssüm etdim. Ümid edirəm ki, hacı evinə geri dönəcəkdir. Mən onu düşdüyü duruma layiq bilmirəm və bu şərdən narazı olduğumu bildirirəm.” (İslaminsesi.az) 
 

Google+ WhatsApp ok.ru