“Ağıllı” zibil qutusu təmizliyə riayət edənləri mükafatlandıracaq

“Ağıllı” zibil qutusu təmizliyə riayət edənləri mükafatlandıracaq

Böyük şəhərlərdə tullantıların utilizasiyası problemi mövcuddur. Çirkli küçələrə baxmaq heç kimin xoşuna gəlməsə də, təəssüf ki, belə küçələr var. Məsələn, bəzi insanlar zibili küçəyə tullayır, yaxud zibil qutusuna atmaqda tənbəllik edirlər. “SENCITY” şirkəti insanları bu problemə daha ciddi yanaşmağa və küçələri təmiz saxlamağa məcbur etmək üçün videooyunlardan istifadəyə qərar verərək təmizkar vətəndaşları mükafatlandıran “tetraBIN” adlı xüsusi zibil qutusu düzəldiblər.
 
Maide.Az “ICTnews”a istinadən xəbər verir ki, maye kristal ekrana bükülmüş “TetraBIN” zibil qutusunun displeyində göstərilən yarasalar və ac itlər onları yedizdirməyi xahiş edir. Kimsə zibil tulladıqda zibil qutusunun içərisində atılan əşyaya reaksiya verən həssas membran işə düşür. Bundan sonra nahar vaxtı itlər dadlı toyuq ayaqları yeyirlər.
 
Zibil qutusuna atılmış zibilə görə "oyunçular"a unikal promokod verilir. Bu promokodu sözügedən zibil qutusu istehsalçısının saytında qeydiyyatdan keçirməklə hədiyyələr əldə etmək mümkündür. /

Google+ WhatsApp ok.ru