Şəffaflıq sərf etməyəndə

Şəffaflıq sərf etməyəndə

Azadliq.info saytında ""Qeyri-şəffaf"ın "şəffaflıq"da nə işi vardı ki…" sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda müəllif Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (MSŞT- EITI) fəaliyyətinin dayandırılması və bunun ardınca da bu qurumdan çıxması dəyərləndirilir.
 
Müəllif bu baş verənləri ölkənin son vaxtlar ən səs-küylü məsələsi adlandırır: "Belə ki, martın 8-9-da MSŞT Beynəlxalq İdarə Heyətinin Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən 36-cı toplantısında Azərbaycanın məsələsi müzakirə olunurdu və uzun müzakirələrdən sonra ölkənin bu beynəlxalq qurumda fəaliyyəti dayandırıldı".
 
Yazıda qeyd edilir ki, bu qərarın verməsinə başlıca səbəb kimi Azərbaycan hökumətinin islahatlar həyata keçirmədiyi göstərilir.
 
Qərarı ədalətsiz hesab edən Azərbaycan hökuməti isə buna etiraz olaraq ümumiyyətlə, MSŞT-dən çıxdığı barədə bəyanat yayıb.
 
Müəllif hesab edir ki, bu addım hökumətin müalicəyə müsbət reaksiya verməməsi, şıltaqlıqlarından əl çəkməməsi, əvəzində isə "gedin müalicənizi başqa yerdə davam etdirin" cavabı almasıdır: "MSŞT səbir etdi, dözdü, ümidlə yaşadı ki, islahatlar olar. Amma sonunda Azərbaycan hökuməti «biz islah olmayacağıq» cavabını verdi".
 
Müəllifə görə, bu baş verənlər bir daha sübut etdi ki, Azərbaycan hakimiyyəti islahatlar istəmir: "Avtoritar rejimlər arasında nüfuz sahibi olan bir komanda gərək əvvəldən bu "tələ"yə düşməyəydi. Adında "şəffaflıq" sözü olan koalisiyada bizim hökumət öz potensialını nümayiş etdirə bilməz", -deyə müəllif zarafatla yazır. /

Google+ WhatsApp ok.ru