“Forum18” Beynəlxalq Hüquq Müdafiə Təşkilatı namaz məhbusu Şeyx Sərdarla bağlı geniş hesabat hazırlayıb

“Forum18” Beynəlxalq Hüquq Müdafiə Təşkilatı namaz məhbusu Şeyx Sərdarla bağlı geniş hesabat hazırlayıb

Maide.Az İslaminSesi-nə istinadən sözügedən hesabatın tərcüməsini oxucularına təqdim edir:
 
Hesabatın original formasını buradan izləyə bilərsiniz ..
 
Azərbaycanda ilk dəfə olaraq xaricdə təhsil aldığına görə həbs edilən Sərdar Babayev ilk şiə ruhanisidir. Onu 5 illik həbs cəzası ilə məhkum edə bilərlər. İranda təhsil almış bu ruhani Massalıda Cümə namazı qıldığına görə həbs edilib. 22 fevralda həbs olunmuş ruhani hazırda ilkin məhkəmənin qərarı ilə həbsdədir.
 
Şiə ruhanisi Sərdar Babayevin günahı sübuta yetirilərsə 5 illik həbs cəzası ala bilər. Onu xaricdə təhsil almasına görə ittiham edirlər.
 
Qeyd edək ki, bu qadağan yalnız müsəlmanlara aiddir. Heç bir dini azlıq bundan öz nəsibini almır.
 
Belə hesab edilir ki, onu 2015-ci ildə Cinayət məcəlləsinə daxil edilmiş yeni maddə ilə - Azərbaycandan kənarda dini təhsil alanların dini ritualları həyata keçirməməsi ilə bağlı maddə ilə ittiham edirlər.
 
Şiə ruhaninin vəkili “Forum 18”-ə 11 martda bildirib ki, bu ittiham həm Avropa insan haqları, həm də Ümumdünya insan hüquqları konvensiyalarına ziddir.
3 uşaq atası 43 yaşlı ruhani alim hazırda müvəqqəti həbs cəzası ilə Bakının şimal-şərqində Kürdəxanı həbsxanasında saxlanılır.
 
Onun vəkili Cavad Cavadov onun həbsinə üsyan edir: “O niyə həbs olunub ki? Onun həbsi qanunsuzdur. Onun həbsi etdiyi işlə (ibadəti ilə) əlaqədərdir. Axı, o hansı sosial və ictimai təhlükə törədə bilər ki?! Hec bir məsul vəzifədə olan, o cümlədən polis rəisi Sahil Əliyev ruhanın nə üçün həbs edilməsinin vacibliyini izah edə bilməyib. Alimin həbsindənn sonra Masallı rayonunda yerli camaat onun həbsinə etiraz olaraq mitinq edib. Polis onlardan 15 nəfərini həbs edib. Həbs olunanlardan 4 nəfəri 15 sutkalıq həbs cəzası ilə cəzalandırılıb. Elə martın əvvəllərində İslam partiyasının lideri də namaz qıldığına görə karserə salınıb.
 
Ruhani Sərdar Babayev Cinayət Məcəlləsinin 168. 1.3.1 maddələri ilə günahlandırılır. Bu maddə xaricdə təhsil alan dindarların dini təbliğatını və dini ibadətlərlərin həyata keçilirməsini qadağan edir. 168. 1.3.1 maddəsi bu işlə daimi məşğul olanları iki ildən beş ilə qədər həbs cəzasıl ilə məhkum etməyə imkan yaradır.
 
Qeyd edək ki, Cinayət Məcəlləsinə tələsik bu maddənin əlavə olunması 2015-ci ilin dekabrında baş tutub. Məmurlar qətiyyən qanunda edilmiş bu dəyişikliyə izahat verə bilmir. Bu isə Nardaran hadisələrindən dərhal sonra qanuna edilmiş dəyişikliyin nəticəsində olub. Hökumət Nardaranda “Müsəlman Birliyi” hərəkatının rəhbəri Tale Bağırovu və onun tərəfdarlarını həbs etdi. Hazırda həmin həbs olunmuş şəxslər uzun müddətli həbs cəzaları kəsilmiş və orada olan məscidlərin fəaliyyəti dayandırılıb.
 
Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin ziddinə olaraq ölkədə heç bir dini təşkilat və ya icma dövlətin izni olmadan fəaliyyət göstərə bilməz. Bundan əlavə ölkədə dini fəaliyyəti beynəlxalqa qanunlar çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi nizamlayır. Elə Qafqaz Müsəlmanlar idarəsinin bütün rəhbərləri hamısı xaricdə təhsil alıb. Elə hazırkı rəhbər Allahşükür Paşazadə də sovet dövründə Buxarada təhsil alıb.
 
Vəkil Cavad Cavadov “Forum 18-ə” bildirib ki, indiyə kimi 500-ə qədər şəxs Təhsil Nazirliyi və ya Qafqaz Müsəlmanları idarəsinin xətti ilə xaricdə təhsil alıb. Əgər ruhani Babayev bu ittiham həbs olunursa, eyni əsaslarla onlar da həbs olunmalıdırlar.
 
Sərdar Akif oğlu Babayev 12 mart 1974-cü ildə anadan olub və 2000-ci ildə İrandakı "Əl-Mustafa" universitetinin ilahiyyat fakulətisini bitirib. Həmçinin Bakıda da dini təhsil alıb. 2009-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin yerli nümayəndliyinin dəvəti ilə Masallıda Cümə namazlarını qıldırıb. "Forum 18"-ə vəkil Cavadov bildirib ki, rayonun inzibati rəhbərliyi Masallının 120 illik məscidinin təmiri ilə bağlı əmr verib. Dam örtüyü və divarları dağıdılan məscidin həyətində insanlar namaz qılmağa davam edib. 2016-ci ilin sonunda rayonun icra başçısı Rafil Hüseynov Sərdar Babayev haqda şikayət yazıb. Daha sonra bu şikayət üzrə polis təhqiqat aparıb. Leytenant Sahil Əliyev daha sonra Cinayət Məcəlləsinin yuxarıda bəhs olunan maddələri üzrə cinayət işi qaldırıb. 22 fevralda polis Sərdar Babayevi çağırıb elə oradaca cəld məhkəmə keçirilib və ruhanı 37 günlük həbs cəzasına məhkum edilib. Leytenant Sahil Əlıyev bildirir ki, ruhani 2016-ci ilin 4 noyabrında məsciddə namaz qılıdırıb və bunu iki həftə təkrarlayıb.
 
22 fevral 2017-ci ildə tələsik keçirilən bu məhkəmədə vəkil Cavadov iştirak edə bilməyib. Çünki Bakıdan Masallıya getmək üçün vaxt tələb olunub. O bildirir ki, mən məhkəməyə zəng edib ilkin dinləməni 23 fevrala saldırmaq istəsəm də, onlar müxtəlif bəhanələrlə bunu rədd etdi. Elə ona görə də vəkil Sərdar Babayevə bu qərardan appelyasiya şikayəti verməyi tövsiyyə edib.
 
Heç bir məmur ruhanin həbs olunmasına tutarlı bir izahat verə bilmir. 13 martda "Forum 18" işi aparan müstəntiq Əliyevə zəng vurdu. Lakin o hansı məsələnin soruşulduğunu bilən kimi telefonun dəstəyini asdı. Daha sonra yazılı da müraciət etdik lakin heç bir cavab ala bilmədik.
 
13 martda zəng etdiyimiz Masallı rayon dini işlər üzrə nümayandə Miryəhya Bağırov nömrənin səhv yığıldığını bizə söylədi. Sonrakı zənglərimiz isə cavabsız qaldı.

Google+ WhatsApp ok.ru