Şəri-dini suallara cavablar - SUAL 23 16 Mart 2017 02:00 Sual-Cavab Azandan əvvəl namaz üçün dəstəmaz almağın hökmü nədir? Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: DƏSTƏMAZIN HÖKMLƏRİ AZANDAN ÖNCƏ DƏSTƏMAZ ALMAĞIN HÖKMÜ SUAL 23: Azandan əvvəl namaz üçün dəstəmaz almağın hökmü nədir? Bütün mərcəi-təqlidlər: Əgər “təharət” (paklıq), Quran oxumaq, zikr emək və bu kimi bəyənilən işlər niyyətilə dəstəmaz alınarsa, həmin dəstəmazla da namaz qılmaq olar. (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 320; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 326; “İstiftaat”, Ayətullah Nuri Həmədani, 1-ci cild, səh.42.) Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi; Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik! Teqlər : #Şəridini suallara cavablar SUAL 23, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şəri-dini suallara cavablar - SUAL 22 Şəri-dini suallara cavablar - SUAL 24