Şəri-dini suallara cavablar - SUAL 24

Şəri-dini suallara cavablar - SUAL 24

Dəstəmazdan öncə dəstəmaz üzvlərinin quru olması şərtdirmi?

Maide.Az  10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 

 

 

DƏSTƏMAZIN HÖKMLƏRİ

DƏSTƏMAZ ÜZVLƏRİNİN QURU OLMASI

 

 

SUAL 24: Dəstəmazdan öncə dəstəmaz üzvlərinin quru olması şərtdirmi?

Bütün mərcəi-təqlidlər: Xeyr, şərt deyil! Amma məsh yeri mütləq quru olmalıdır.

QEYD: Əgər məsh yerində azacıq yaş (rütubət) olarsa və məsh zamanı əlin suyu məsh yerinin yaşlığına (“məsh yerinin yaşlığı yalnız əlin suyundandır” deyiləcək qədər) üstünlük təşkil edərsə, bunun eybi yoxdur.

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 256; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 362; “Tozihul-məsail”, Ayətullah Nuri, məsələ 257; Ayətullah Xameneinin dəftərxanası.

 

 

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 
 
 

 

Google+ WhatsApp ok.ru